"Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur" - Politoloq

 12:26 12.09.2023     421

"Rusiyanın yük maşının Ağdamdan keçərək Xankəndiyə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Qarabağdakı erməni sakinlərə göndərilən ərzaq dolu avtomobilin nəhayət ki, Xankəndiyə buraxılması barədə danışarkən bildirib.

"Bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb. İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”. Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur", - deyə o, vurğulayıb.

T.İSMAYIL