"Azərbaycan rəhbərliyi Qarabağda heç bir etnik təmizləmədə maraqlı deyil" - Putindən AÇIQLAMA

 13:19 12.09.2023     570

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistan rəhbərliyi faktiki olaraq "Dağlıq Qarabağ"ın Azərbaycana məxsus olduğunu etiraf edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya lideri bunu Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Məsələ təkcə son münaqişənin nəticələrində deyil, məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” - deyən Putinin sözlərinə görə, Rusiya hesab edir ki, Azərbaycan Qarabağda hər hansı etnik təmizləmədə maraqlı deyil.

"Burada humanitar komponentlə bağlı məsələlər yaranır. Bizim sülhməramlılarımızın mandatı ilə də - bu doğrudur. Mandat hələ də qüvvədədir. Amma humanitar xarakterli, orada hər hansı etnik təmizləmənin qarşısını alan suallar, təbii ki, öz həllini tapmayıb. Mən bununla tamamilə razıyam, ümid edirəm ki, Azərbaycan rəhbərliyi - onların bizə dediyi kimi, indi də deyirlər - heç bir etnik təmizləmədə maraqlı deyil”, - deyə o, Qarabağ ətrafında yaranmış vəziyyətdən danışıb.

Turan İSMAYIL