Qazaxıstan Azərbaycanın suverenliyini dəstəklədiyini bəyan etdi

 16:41 12.09.2023     357

Qazaxıstan Respublikası Azərbaycanın suverenliyini dəstəkləyir.

Redaktor.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik qeyd edib ki, Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir.

Həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.