"Öz ölkənizi şikayət etməklə hara gedib çıxırsınız?" - Deputat ermənilərə SƏSLƏNDİ

 16:42 12.09.2023     1022

Bildiyimiz kimibu gün Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndiyə çatdırıldı.

Bəs, bundan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı da həmin yolla Xankəndiyə aparıla biləcəkmi? Bununla paralel olaraq Laçın yolunun açılması mümkündürmü?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu, əslində yaxşı bir president yaratdı.

Onun fikirncə, bu, ermənilərin bəhanələrini kəsdi:

"Artıq yol varsa, ondan istifadə etməlisiniz. Nə hoqqabazlıq edirsiz? Acsızsa yemək göndərilir, alın. Rusiya göndərir alın, sonra Rusiya az göndərirsə, xahiş edərsiniz biz göndərərik. Belə bir ölkənin daxili məsələsini niyə xaricə ən şərəfsiz formada çatdırmağa çalışırsınız? Ölkəni qaralayırsınız. Siz onsuz da bu ölkənin vətəndaşı olacaqsız, olmayanlar da dəf olub, çıxıb gedəcək. Öz ölkənizi şikayət eləməklə hara gedib çıxırsınız? Əksinə, dil tapın, ünsiyyət qurmağa çalışın. Ermənilərə əslində bu yolun açılması göstərdi ki, bu məsələdə artıq Azərbaycanın hansısa bir güzəşti yoxdur. Laçın yolu da onsuz da açıqdır. Laçın yolu bağlı deyil ki. Laçın yolu sadəcə Azərbaycan hökumətinin müəyyən etdiyi qaydalar üzrə açıqdır. Yoxsa elə biz istənilən şəkildə bu yolu açacağıq deyə bilməzsiz. Getmək istəyən Ermənistana Laçın yolu ilə getsin. Amma bura silah-sursat daşıyasan, buna Azərbaycanın imkan vermə niyyəti yoxdur və bundan sonra da olmayacaq. Ona görə də bu president əslində bizim diplomatiyanın üstündə əlverişli bir mövzu yaratdı və biz mövzunu doğru dəyərləndirməliyik".

Həmidə İBRAHİMLİ