Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: “Daşlar yerinə oturacaq"

 14:16 13.09.2023     939

“Türkiyə Zəngəzur dəhlizi üzərindən Naxçıvan vasitəsilə Azərbaycana birbaşa çatmağı arzulayır və cəhdlərini davam etdirir”.

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyənin Dövlət nəqliyyat idarəsinin baş direktoru Ufuk Yalçın İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsindəki açıqlamasında bildirib.

Ufuk Yalçın deyib ki, bunun reallaşdırılması üçün fəaliyyətlər davam etdirilir: “Daşlar yerinə oturacaq və biz qardaş Azərbaycana Bakı-Tbilisi-Qars dəmiryolunun alternativi olaraq Zəngəzur dəhlizi vasitəsi ilə də nəqliyyatın asanlaşmasına nail olacağıq”.