Paşinyan və Əliyev Qranadada görüşə bilərlər - Ermənistan XİN

 19:03 13.09.2023     520

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Qranadada görüş keçirə bilərlər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

"Mən bir dəfə demişdim ki, demək olar ki, həmişə görüşlər və danışıqlarla bağlı təkliflər olur. Belə ilkin razılaşmalar da var. Baş nazirin Brüsseldə keçirdiyi görüşdən sonra onlar liderlərin iştirakı ilə daha bir görüşün oktyabr ayında Qranadada planlaşdırıldığını açıqladılar”, - o qeyd edib.

Turan İSMAYIL