ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri regionda səfərdədir

 16:38 14.09.2023     477

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Facebook" hesabında bildirilib.

Bono Qriqoryanla görüşü zamanı Qarabağ ətrafındakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.