Qarabağa yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

 16:44 17.09.2023     452

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

BQXK-nin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Həmçinin əlavə olunub ki, yüklər BQXK-nin maşınları ilə daşınacaq.