BQXK-nin yük avtomobili Xankəndidən Ağdama qayıtdı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
Redaktor.az xəbər verir ki, bu barədə report-un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.
Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.