"Ağdam-Xankəndi yolunu bağladanlara öz əlləri ilə oradakı beton blokları götürtdük" - Deputat
"Qarabağda təsirləri altında olanlardan proksi kimi faydalanaraq Ağdam-Xankəndi yolunu bağladanlara öz əlləri ilə oradakı beton blokları götürtdük. Həmən yolla birinci onların humanitar yükünü daşıtdıq. Qırımızı Xaça "qırmızı xətti"ni pozdurduq. İkinci onları göndərdik... R28 yoluyla, yəni Yevlax-Ağdam-Laçın marşrutuyla Xankəndiyə".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bu gündən etibarən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əldə olunan razılığa əsasən Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidinin təmin olunması barədə danışarkən bildirdi.
"Rusiyanın Qarabağda qalma müddəti 2025-ci ildə bitən hərbi kontingentinin sözügedən yolun açılması haqa xəbərdə "Ağdam-Stepanakert marşrutu", "Qarabağın paytaxtı", "Azərbaycanın tətbiq etdiyi blokada səbəbindən" ifadələrini işlətməsi bax bu reallıqdan doğur. Aclıq şouları fiaskoya uğrayan "miatsumçu"lar "heç vaxt açılmağa qoymayacağıq" dedikləri yolla indi yüklərin daşınmasını tam təsiri altında olduqlarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin ayağına yazdıqları kimi, bunlar da geri çəkilmək zorunda qalmalarının heyfini belə ifadələrlə çıxırlar. Az qalır, lap az, uzağı iki il!", - deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əldə olunan razılığa əsasən bu gün həm Ağdam-Xankəndi yolu, həm də Laçın-Xankəndi yolu ilə komitəyə məxsus avtomobillərin keçidi təmin olunub.
Humay İSGƏNDƏRLİ