"Moskva dördtərəfli görüşlə bağlı rəsmi müraciət almayıb" - Zaxarova

 14:23 19.09.2023     223

Moskva Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin dördtərəfli görüşünün keçirilməsi ilə bağlı Türkiyə tərəfinin rəsmi müraciətini almayıb.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Qarabağla bağlı Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin dördtərəfli görüşünü keçirmək barədə təklifinə münasibət bildirərkən deyib.

“Biz bu məlumatı KİV-dən gördük. Türkiyə tərəfindən hələlik rəsmi müraciət almamışıq. Cənubi Qafqazdakı vəziyyət daxil olmaqla, beynəlxalq gündəmdə duran müxtəlif aspektlərdə, o cümlədən “3+3” formatında biz ənənəvi olaraq Ankara ilə sıx təmasları dəstəkləyirik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.