"Məqsədimiz ərazimizi işğalçılardan və separatçılardan təmizləməkdir" - Deputat

 18:06 19.09.2023     387

"Cənab prezidentimiz, Müzəffər Ali Baş komandanımız həmişə deyirdi ki, mən nəyi nə vaxt və necə  tmək laızmdı, onu yaxşı bilirəm".

Bunu Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli anti-terror tədbirlərinə başlanılması ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov söylədi.

Deputat dedi ki, bu gün nəhayət uzun illərdir ərazimizdə kök salmış seperatçıların fəaliyyətinin məhv edilməsi üçün addım atırıq.

"Seperatçıların kökünün kəsilməsi üçün, eyni zamanda işğalçı Ermənistan dövlətinə məxsus, ərazimizdə mövcud olan Ermənistan silahlı qüvvələrinə aid hərbi birləşmələrin ərazimizdən təmizlənməsi üçün biz özümüzün qanunlarımıza istinad edib, beynəlxalq hüququn qaydalarına istinad edib, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə istinad edib lokal anti-terror əməliyatlarına başlamışıq. Məqsədimiz ərazimizi işğalçılardan və separatçılardan təmizləməkdir. İnşallah qısa vaxtda buna nail olacağıq", - deyə E.Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ