ATƏT rəhbəri Bakı və İrəvana çağırış etdi

 19:22 19.09.2023     314

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ermənistan və Azərbaycandan olan həmkarları ilə görüş keçirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"ATƏT sədri kimi mən Xankəndidə hərbi əməliyyatlar və bununla bağlı mülki əhali üçün təhlükə ilə bağlı xəbərlərdən dərin narahatam. Mən gərginliyi təcili azaltmağa çağırıram. Sülh dialoqu yeganə variant olmalıdır, humanitar məsələlərə böyük əhəmiyyət verilməlidir”, - deyə siyasətçi X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

Humay İSGƏNDƏRLİ