BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı AÇIQLANDI
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.
"Görüş cümə axşamı baş tutmalıdır", deyə agentlik bildirib.
Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.
Bu günlərdə BMT-də Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.