Blinken Ermənistan-Azərbaycan danışıqlarında iştirak edəcək - "Reuters"

 23:00 19.09.2023     301

ABŞ dövlət katibi Entoni Blinken yaxın 24 saat ərzində Ermənistan-Azərbaycan danışıqlarına cəlb olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Qarabağda gərginləşən vəziyyətlə bağlı təfərrüatları öyrənmək üçün diplomatik kanallardan istifadə edir. Agentlik bildirir ki, Blinken yaxın 24 saat ərzində Ermənistan və Azərbaycan arasında gərginliyə görə davam edən diplomatik danışıqlara cəlb olunacaq.

Turan İSMAYIL