"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir" - Vahid Əhmədov

 13:36 20.09.2023     359

"Antiterror tədbirləri əvvəl axır olmalı idi. Çünki dövlət başçısı cənab İlham Əliyev çox çalışdı ki, sülh müqaviləsi imzalansın, amma hər dəfə Paşinyan görüşlərdə sülhə razı olduğunu dedi, ölkəsinə gələn kimi başqa sözlər söylədi".

Bunu Prezident Administrasiyasının antiterror tədbirlərinin dayandırılması üçün irəli sürdüyü şərtlər haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov söylədi.

Deputat söylədi ki, seperatçılar Qarabağda silahlanmağa başladılar, Hindistandan, İrandan və digər ölkələrdən silahlandılar, elə bildilər ki, məsələ budur:

"Amma yenə deyirəm, dövlət başçımızın əsas təklifləri vermişdi.  Amma bunlar istəyirlər ki, status verilsin. Dövlət başçımız da dedi ki, status birdəfəlik getdi. Dünən BMT-nin iclasında Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü bir daha qeyd etdi və dedi ki, status məsələsinə baxıla bilməz. Seperatçılara Fransa sonra, müəyyən qədər Rusiya dedi ki, geri çəkilməyin, kömək edəcəyik. Amma anterror əməliyyatına qərar verildi və anterror əməliyyatının nəticəsində Azərbaycan ordusu irəlilədi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əməliyyatlar uğurla həyata keçirildi".

Millət vəkili qeyd etdi ki, Müdafiə Nazirliyi Qarabağdakı erməni separatçılarının, Ermənistan silahlı qüvvələrinin təslim olduğu, sulahı yerə qoyduqları barədə məlumat yayıb.

"Orada olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Mən hesab edirəm ki, Prezident Administrasiyasının qoyduğu tələblər kifayət qədər düzgündür. Qalan məsələlər sonra masa arxasında həll olunacaq", - deyə V.Əhmədov bildirdi.

Humay İSGƏNDƏRLİ