Azərbaycan separatçılara siyahı təqdim etdi - “Bakıya təhvil verin”
Azərbaycan tərəfi bu gün Qarabağ ermənilərinin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Məlumata görə, sözügedən siyahıda separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və məmurlarının adları var.