Deputatlar üçün mobil tətbiq HAZIRLANDI

 18:28 20.09.2023     267

Milli Məclis deputatlarının işinin səmərəliliyini artırması üçün mobil tətbiq hazırlanıb.

Redaktor.az xəbər verir ki, layihəni Milli Məclisin Regional məsələlər komitəsinin iclasında parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov təqdim edib.

Bildirilib ki, mobil tətbiq parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanıb. Artıq Milli Məclisin iclaslarının gündəlikləri, məktub və digər sənədlər mobil qurğu vasitəsilə ötürüləcək. Bu, mobil texnologiyaya keçid, informasiya əlçatanlığının təmini, kağız daşıyıcılardan istifadənin azaldılması, biznes prosesinin təkmilləşdirilməsi kimi məsələlərə xidmət edir. Mobil tətbiqin İOS və Android əməliyyat sistemləri üçün proqram təminatı yaradılıb.