Ceyhun Bayramov həmkarı ilə antiterror tədbirlərini müzakirə etdi

 20:28 20.09.2023     252

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə C.Bayramov "X" hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.