Paşinyan və Putin Qarabağdakı vəziyyəti müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Qarabağda yaranmış vəziyyət müzakirə edilib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar", - Nazirlər Kabinetinin bəyanatında deyilir.
Turan İSMAYIL