Borrell xüsusi nümayəndəsini Qarabağa göndərəcəyini bildirdi
Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Azərbaycanın Qarabağ bölgəsində aparlmış anti-terror əməliyyataları ilə bağlı Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bölgəyə göndərilməsi barədə qərar qəbul edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, X şəbəkəsində məlumat verib.
Borrel yazıb ki, Toivo Klaar vəziyyət barədə yerindəcə məlumat verəcək.
Turan İSMAYIL