Mirzoyan Blinkenlə Qarabağ ətrafındakı vəziyyəti müzakirə etdi

 23:14 20.09.2023     473

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə Qarabağ ətrafındakı vəziyyəti və Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyası üçün Nyu-Yorkda olan Mirzoyan X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Qeyd edək ki, bu gün Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə də zəng edərək Qarabağ bölgəsində Azərbaycan Ordusunun apardığı anti-terror əməliyyatı ilə bağlı müzakirələr aparıb.

Turan İSMAYIL