Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax şəhərinə gəldi - FOTO - YENİLƏNİB

 10:34 21.09.2023     716

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş keçirəcək.

***

Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir.

Redaktor.az xəbər verir ki, onları Rusiya sülhməramlıları müşayiət edirlər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. (report).

222222