"Qarabağ ermənilərin yeganə yolu Azərbaycan cəmiyyətinə inteqrasiya olunaraq yaşamaqdır" - Deputat

 13:06 21.09.2023     280

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev xalqa müraciətində Qarabağda yaşayanlar üçün yeni tarixi şans yarandığını vurğulayıb.

"Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər",- deyə İlham Əliyev bildirib.

Bəs, ümumiyyətlə gözləntilər nələrdir? Qarabağın erməni əhalisi bu şansdan istifadə edəcəklərmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Redaktor.az-a danışdı.

O dedi ki, Azərbaycan erməni sakinlərə tarixi şans verdi:

"Azərbaycan humanistlik göstərərək dünən saat 13.00-dan başlayaraq lokal antiterror tədbirlərin keçirilməsini dayandırmaqla Qarabağda yaşayan erməni əsilli sakinlərinə yeni bir tarixi şans verdi. Bu gün Yevlaxda keçirlən görüşdə erməni icma nümayəndələri ilə erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə ineqrasiya olunması ilə bağlı məsələlər müzakirə olunur. Müzakirə olunur deyiləndə, Azərbaycan yol xəritəsini təqdim edir və bu yol xəritəsinə əsasən proseslər davam etdiriləcəkdir. Ermənilər ağ bayraq qaldıraraq təslim oldunduğundan onların separatizminin davam etdirilməsi ilə bağlı heç bir şansı qalmayıb. Qarabağ ermənilərinin yeganə yolu Azərbaycan cəmiyyətinə inteqrasiya olunaraq yaşamaqdır. Əks halda kimlər inteqrasiya olunmaq istəmirlərsə, seçim azaddır və onlar üçün getməyə qapımız açıqdır".

Humay İSGƏNDƏRLİ