"Qarabağda mülki əhali arasında kütləvi tələfat barədə məlumatlar yalandır" - Paşinyan
Sosial şəbəkələrdə Qarabağda mülki əhali arasında kütləvi tələfat barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Redaktor.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.
O, Qarabağda atəşkəs rejiminə əməl olunduğunu da vurğulayıb.