Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasına qatılacaq

 19:34 21.09.2023     359

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçiriləcək müzakirələrə qatılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə TASS BMT TŞ-dəki mənbəyə istinadən bildirib.

"Bəli, Azərbaycanın xarici işlər naziri iştirak edəcək", - mənbə deyib.

Qeyd edək ki, bu günlərdə BMT Baş Assambleyasının iclası keçirilir. Bununla əlaqədar ABŞ-da səfərdə olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri BMT TŞ və BMT Baş Assambleyasının iclaslarında iştirak edə bilərlər.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.