"BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur" - Politoloq

 20:02 21.09.2023     257

BMT Təhlükəsizlik Şurasında sabah Qarabağla bağlı dinləmələr keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, dinləmələrdə nə baş verəcəyi barədə ehtimallarını da qeyd edib.

"Aydındır ki, bu təşəbbüs yenə BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransadan gəlib. Azərbaycanın anti-terror əməliyyatının uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın anti-Azərbaycan planlarını pozub. Çünki Fransa nümayəndəsinin sabah Nyu-Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavab veriləcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda çıxış edəcək və deyəcək ki, artıq ermənilərlə razılaşma əldə edilib, tərksilah və Azərbaycan dövlətinin Qarabağ ermənilərinin sosial problemlərinin həllinə başlanılıb. Azərbaycana dəstək və neytral çıxışlar da olacaq. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur, - deyə Şahinoğlu bildirib.

Turan İSMAYIL