Macarıstan Aİ-nin Qarabağla bağlı bəyanatına münasibət bildirdi

 17:28 22.09.2023     323

Macarıstan və bir sıra digər ölkələr Avropa İttifaqının (Aİ) Qarabağla bağlı birgə bəyanatına şərh və təkliflər verib, lakin tərəflər bununla bağlı razılığa gəlməyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz feysbuk səhifəsində məlumat verib.

“Dünən Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı bir sıra saxta xəbərlər yayılıb. Həqiqət budur ki, Macarıstan və bir sıra digər üzv dövlətlər birgə bəyanatla bağlı irad və təkliflərini bildiriblər, lakin heç bir razılıq əldə olunmayıb, ona görə də Aİ-nin Ali Nümayəndəsi öz adından bəyanat yayıb. Burada Macarıstanın mövqeyi də aydındır: müharibə əvəzinə sülh lazımdır. Uzun onilliklərdən sonra qarabağlıların əzab-əziyyətinə son qoymağın vaxtı çatıb. Burada birtərəfli bəyanatlar kömək etməyəcək, lakin BMT hər şeyi şəxsən müzakirə etmək üçün əla imkan yaradır”, - Macarıstanın xarici işlər naziri yazıb.

Turan İSMAYIL