Paşinyan Almaniya kansleri ilə Qarabağı müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolz telefonla Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Həmsöhbətlər Qarabağ ətrafında yaranmış hərbi-siyasi vəziyyət və onun aradan qaldırılması üçün atılan addımları müzakirə ediblər. Qarabağ əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin zəruriliyi vurğulanıb", - məlumatda deyilir.
T.İSMAYIL