XİN başçısı BMT-nin Baş katibi ilə görüşəcək

 09:17 23.09.2023     675

BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.