Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

 16:54 23.09.2023     241

“Cənubu Afrika Respublikası (CAR)  Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Redaktor.az xəbər verir ki, bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Xanım səfir CAR-ın Bakıda fəaliyyətə başlayacaq konsulluq fəaliyyətinin Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.