Qarabağda dinc həyatın bərqərar olmasının vaxtı çatıb - Lavrov

 21:14 23.09.2023     295

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Ən mümkün yol da budur”, - nazir bildirib.

S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.