Ərdoğan sabah Naxçıvana gəlir

 11:33 24.09.2023     521

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “NTV” kanalı məlumat yayıb.

Məlumata görə  ki, səfər  Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq və iki lider arasında görüş olacaq.

Görüşdə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi olacaq.

Səfər zamanı baş tutacaq iclasda Naxçıvanla Azərbaycan arasında quru əlaqə təmin ediləcək və bununla da Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəliş mümkün olacaq.

Həmçinin, iki lider arasında Zəngəzur dəhlizi də gündəm mövzuları arasında yer alacaq.

Qeyd edək ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla əldə olunan razılaşmanın maddələrindən biri də bu dəhlizin açılması idi.

Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında “Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözləyirik”, deyib.