"Xankəndiyə elektrik enerjisi verilirsə, abonent məsələsi də öz həllini tapmalıdır"

 14:06 25.09.2023     3480

Xəbər verdiyimiz kimi, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

Azərbaycanın Xankəndini işıqlandırlması ilə bağlı Milli Məclisin deputatı Musa Qasımlı Redaktor.az-a danışdı.

O, dedi ki, qısa bir müddət ərzində Xankəndinin Azərbaycan elektrik enerjisi şəbəkəsinə qoşulması hökümətimizin reinteqrasiya ilə bağlı konkret aydın planının olduğunu göstərir:

"Bu hal bütün regionda hökümətin insanların rifah halına yönəlmiş proqramın olduğunu təsdiqləyir. Bunun ardınca digər məsələlər də gələcək. Heç şübhəsiz əgər elektrik enerjisi verilirsə, abonent məsələsi də öz həllini tapmalıdır".

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. 

Humay İSGƏNDƏRLİ