Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalandı

 16:34 25.09.2023     355

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb.

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra Azərbaycan və Türkiyə arasında sənədlər imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sənədləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.