ABŞ Qarabağda beynəlxalq strukturkarın iştirakını təklif etdi

 23:38 25.09.2023     413

Amerika Birləşmiş Ştatları (ABŞ) yenə köhnə ampulasındadır. Azərbaycanın Qarabağdakı anti-terror əməliyyatlarını və bununla da suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bu dövlət Qarabağa beynəlxalq strukturların gəlməsini istəyir.

Redaktor.az "armenpress"ə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.

O, bildirib ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirmək üçün Qarabağda beynəlxalq humanitar mövcudluq təmin edilməlidir.

“Beynəlxalq strukturların Dağlıq Qarabağda olması Azərbaycanın öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün lazımdır, çünki Azərbaycan Prezidenti İlham Əliyev etnik ermənilərin hüquqlarına təminat verəcəyini vəd edib. Bu strukturlara beynəlxalq ictimaiyyətə hesabat təqdim etmək imkanı yaradılmalıdır”, – S.Pauer deyib.

T.İSMAYIL