"Ərdoğanın səfəri torpağımızda gözü olanlara bir mesajdır ki..."

 13:58 26.09.2023     659

"Bu görüş xüsusi əhəmiyyət daşıyan görüşlərdən biridir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ötən gün Naxçıvanda baş tutan görüşü barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, bu gün Azərbaycan Türkiyə münasibətləri özünün ən şanlı, şərəfli dövrlərini yaşayır və bu əlaqələrin inkişafında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Prezident İlham Əliyevin müstəsna xidmətləri var.

"Bu səfər həm də Azərbaycanın öz suverenliyini təmin etdiyi bir dövrə, mərhələyə təsadüf edirdi. Bu, həm Azərbaycana dəstək məqsədi daşıyır, həm torpağımızda gözü olanlara bir mesajdır ki, Türkiyə Azərbaycanın yanındadır və hansısa bir təxribatın törədilməsinə imkan verməyəcək. Eyni zamanda, səfər zamanı Naxçıvana qaz kəmərinin çəkilməsi çox önəmlidir, Azərbaycanın enerji təhlükəsizliyi baxımından. Eyni zamanda hərbi kompleksin açılması da önəmlidir ki, bu gün Türkiyə silahları Azərbaycan ordusunun təminatında, təchizatında xüsusi rol oynayır. Bütün bunlar gələcəkdə əlaqələrimizin daha da güclənməsinə və inkişafına öz töhfəsini verəcək", - deyə C.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ