Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verdi

 14:15 27.09.2023     289

“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.