Rəsmi Bakı İraqa başsağlığı verdi

 18:48 27.09.2023     314

Azərbaycan XİN İraqa başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.