Lavrov Bayramovla Qarabağdakı vəziyyəti müzakirə etdi

 20:35 27.09.2023     386

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən erməni əhalisinə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər. 

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Onlar həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması və nəqliyyat kommunikasiyalarının açılması perspektivlərini müzakirə ediblər.

Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.

Turan İSMAYIL