İncedən şəhid olan hərbçilərimizlə bağlı paylaşım

 22:12 27.09.2023     316

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce antiterror tədbirləri nəticəsində şəhid olan hərbçilərimizlə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, o bununla bağlı “X” hesabında bildirib.

“Qarabağda antiterror tədbirlərində şəhid olan 192 azərbaycanlı əsgərimizə Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm”, - deyə İnce vurğulayıb.