Əli Əsədov Düşənbəyə işgüzar səfərə getdi

 20:14 28.09.2023     366

Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Koxira Rasulzodanın dəvəti ilə “Düşənbə-2023” Beynəlxalq investisiya forumunda iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gedib.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Əli Əsədovun bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

2