"İlham Əliyevin uğurlu siyasəti nəticəsində təkcə Ermənistana yox, bütün dünya erməniliyinə qalib gəldik"

 15:28 29.09.2023     556

Qarabağda suverenliyimizin bərpası və separatçı rejimin özünü buraxmasında Prezident İlham Əliyevin apardığı siyasət və qətiyyətli mövqeyi durur.

Prezidentin bu qətiyyətli mövqeyi haqqında Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışdı.

O dedi ki, İlham Əliyevin prezidentlik dövründə ilk gündən verdiyi vədlər, səsləndirdiyi fikirlərin hamısı həyata keçib.

"Cənab prezidentimizin səsləndirdiyi elə bir fikir olmayıb ki, o təsdiqini tapmasın. Prezidentliyinin ilk günündən cənab prezidentimiz dedi ki, bir qarış da olsun torpağımız işğal altında qalmayacaq, torpaqlarımızı işğaldan azad edəcəyik, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurd yuvasına qayıdacaq. Cənab prezidentimiz bu səsləndirdiyi fiikləri həyata keçirtdi. Şükür, bu günə prezidentimizin zərgər dəqiqliyi ilə apardığı həm daxili siyasət, həm xarici siyasət, həm də diplomatiya sahəsindəki fəaliyyəti, Ali Baş Komandan kimi fəaliyyəti, dövlət başçısı kimi fəaliyyəti nümunədir. Cənab Prezidentimiz son 200 il ərzində ermənilərin qurduğu bütün layihələrin hamısını məhv etdi və torpaqlarımız işğaldan azad olundu. Bu, sözlə elə belə asan deyilir, ancaq bu fikirlərin həyata keçməsi üçün çox gərgin əmək sərf olundu, məqsədyönlü siyasət həyata keçirildi, addım-addım uğura doğru irəlilədik. İqtisadi inkişafımız, hərbi sahədə olan inkişafımız, ordu quruculuğu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, diplomatiya sahəsində qazandığımız hüquqlar, torpaqlarımızın işğaldan azad olunması üçün görülən işlər, hüquqi müstəvidə əldə etdiyimiz naliyyətlər hamısı bir-birini tamamlayırdı. Biz 44 günlük müharibəmizdə təkcə Ermənistana qalib gəlmədik, bütün dünya erməniliyinə qalib gəldik, bütün dünya erməniliyini müdafiə edən, ermənidən çox özünü erməni kimi aparan bir sıra dövlət rəhbərlərinə, bir sıra beynəlxalq qurumlara qalib gəldik. Bunlar hamısı cənab prezidentimizin dövlət başçısı kimi, Ali Baş Komandan kimi apardığı uğurlu işin, siyasətin nəticəsində oldu. Allah cənab prezidentimizi qorusun, xalqımızı qorusun, ordumuzu qorusun. Bu gün biz azad, suveren və müstəqil Azərbaycan vətəndaşı kimi fəxrlə qürurla danışa bilirik. O məğlub damğası boynumuzdan götürülübdür, məğlub sözü bayrağımızın, ölkəmizin üzərindən götürülübdür. Qalib Azərbaycan, qalib Azərbaycanın qalib ordusu, qalib Azərbaycan bayrağı, bax, bunlar hamısı Azərbaycan vətəndaşını sevindirən və qürurla yaşamasına şərt yaradan amillərdir. Buna görə də təbii ki, prezidentimizin apardığı işlər tək bizim tərəfimizdən yox, bizə dost olan bütün dövlət rəhbərləri tərəfindən, ictimai-siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir", - deyə E.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ