Hakan Fidan Qənirə Paşayevanın vəfatı ilə bağlı türk dünyasına başsağlığı VERDİ

 18:59 29.09.2023     577

Türkiyənin xarici işlər naziri Hakan Fidan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına və türk dünyasına başsağlığı verib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə özünün "X" səhifəsində yazıb.

“TİKA sədri olduğum müddətdən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatı məni dərindən kədərləndirdi. Allah rəhmət eləsin!”, - Fidan qeyd edib.