BMT nümayəndələri yenidən Qarabağa dəvət edildi

 21:46 29.09.2023     363

Azərbaycan BMT nümayəndələrini Qarabağ bölgəsinə dəvət edib.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında qeyd edib.

"Səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək", - paylaşımda bildirilir.