“İlham Əliyev dünya liderliyini təsdiqlədib” - Ahmet Hakan

 12:30 30.09.2023     385

Tanınmış türkiyəli köşə yazarı, “Tarafsız bölge” siyasi proqramının aparıcısı Ahmet Hakan “Hürriyet” qəzetindəki son yazısında Azərbaycan Prezidenti İlham Əliyev haqda yazıb.

Redaktor.az xəbər verir ki, A.Hakan “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı yazısında Azərbaycan liderinin son illərdə qazandığı uğurları qeyd edib.

O, İlham Əliyevin dünya lideri kimi özünü təsdiqlətməsini belə əsaslandırıb:

" - Türkiyə ilə sarsılmaz bağlar yaratdı.

- Ərdoğan ilə taleyini birləşdirdi.

- Ordusunu modernləşdirdi.

- Qarabağdakı 30 illik işğala son qoydu.

- Böyük bir travmaya son qoydu, xalqının xəyalını gerçəkləşdirdi.

- Qərbin dəstəklədiyi Ermənistanı məğlub etdi.

- Ermənistanın bütün niyyətlərini puç etdi.

- Rusiya və Qərb arasında inanılmaz müvazinət siyasəti həyata keçirdi.

- Həm meydanda, həm siyası masada qələbə qazandı.

- İnanılmaz bir diplomatiya həyata keçirdi.

* Kim nə deyirsə, desin, İlham Əliyevin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir".