Almaniyadakı azərbaycanlılar AYAQDA

 17:51 01.10.2023     890

2023-cü ilin oktyabr ayının 1-də saat 14-dən 17-dək Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburq qapıları önündə Almaniyada yaşayan azərbaycanlılar dinc aksiya keçirirlər.

Redaktor.az xəbər verir ki, aksiyanın məqsədi Almaniya mediasında və vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yanlış məlumat və təhriflərə dolu informasiya hücumuna son qoyulmasıdır.

Bununla yanaşı, aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən uzun sürən işğalına son qoyulduqdan sonra regionda sülhü dəstəkləməyə çağırış edirlər.