Saakyan, Qukasyan, Arutyunyan Ermənistana qaçıb?

 11:59 02.10.2023     504

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində mövcud olmuş keçmiş separatçı-terrorçu dəstənin keçmiş başçıları – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan artıq İrəvandadır.

Redaktor.az xəbər verir ki, belə bir iddia ilə “Sputnik Ermənistan” çıxış edib.

Nəşrin yazdığına görə, onlarla birlikdə keçmiş “dqr” “hökuməti”nin və qanunsuz silahlı birləşmələrinin rəhbərlərinin böyük hissəsi, danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən, oktyabrın 1-i axşam saatlarında Ermənistana təhvil verilib.

“Aravot.am” saytı etibarlı mənbələrə istinadən yazır ki, Qarabağdakı keçmiş qondarma rejimin rəhbərləri - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan Ermənistana keçməyib. 

“Lakin bizdə olan məlumatlara görə, “prezidentlər”, “hökumət” üzvlərinin əksəriyyəti, o cümlədən təhlükəsizlik qüvvələrinin rəhbərləri Qarabağdadır. Gözlənilir ki, bu gün Azərbaycan tərəfi ilə baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın taleyi həll olunacaq”,-deyə mənbə qeyd edib. 

Xatırladaq ki, oktyabrın 1-də “Bagramyan26” “Teleqram” kanalı Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və keçmiş qondarma rejimin sabiq “Təhlükəsilik şurası”nın katibi Vitali Balasanyanın Ermənistana keçdiyinə dair məlumat yayıb.