Lavrov separatçılarla görüşəcək

 12:24 02.10.2023     1407

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan ərazisi kimi tanınan separatçı Cənubi Osetiya və Abxaziya qurumlarının prezidentləri ilə görüşəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüş oktyabrın 3-də Soçidə baş tutacaq. O da qeyd olunub ki, format olaraq ayrıca danışıqlar və üçtərəfli görüş keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya və Suriya kimi bir sıra Moksvayönümlü ölkələr Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. 

Vumart və Güvən reklamı Vumart Güvən