Paşinyanın üçtərəfli bəyanatdan Ermənistanın imzasını geri götürməyə cəsarəti çatmaz - Qrant Baqratyan

 14:22 02.10.2023     388

Paşinyanın üçtərəfli bəyanatdan Ermənistanın imzasını geri götürməyə cəsarəti çatmaz. 

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

" Paşinyan bu bəyanatdan imtin edə bilməz. Əks halda bunu çoxdan edərdi. O, əmindir ki, Bəyanatın 9-cu bəndində təkcə bir dəhliz yox, ekstraterritorial dəhlizin təmin edilməsi nəzərdə tutulur. Paşinyan, bəyannamə imzalanandan dərhal sonra bu bəndin Ermənistan qanunvericiliyinə zidd olduğunu bəyan etməli idi. Lakin etmədi". 

Aidə Ramizqızı

Vumart və Güvən reklamı Vumart Güvən